...

Məhkəmə azərbaycanlı iş adamının oğlunun şikayətini təmin etməyib

Cəmiyyət Materials 6 May 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı,06 may / Trend , müxbir T. Abbasov/ Ali Məhkəmə qəsdən adamöldürməyə cəhdlə bağlı məhkum olunmuş, iş adamı İsfəndiyar Axundovun oğlunun cəzasını azaltmayıb.

Məhkəmədən çərşənbə axşamı verilən məlumata görə, Apellyasiya Məhkəməsinin Şahin Axundov barəsində çıxardığı qərar qüvədə saxlanılıb.

Apellyasiya Məhkəməsi Axundovun cəzasını 7 ildən 5 ilə endirmişdi.

Axundov 2006-cı ildə Anar İsmayılova odlu silahla atəş açaraq, ona xəsarət yetirib.

Bu hadisədən sonra Axundov respublikadan qaçıb. Beynəlxalq axtarışa verilən Axundov ötən il İnterpolun xətti ilə həbs olunub və Azərbaycana gətirilib.

Axundovun atası İsfəndiyar Axundov "Şərur" MTK tikinti şirkətinin rəhbəridir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti