Azərbaycan, Bakı, 13 may /müx.TrendLife Şahin Cavadsoy/
"Azəri Star" müsabiqəsinin qaliblərindən olan Ayaz Qasımov, konsert verməyə hazırlaşır. Sənətçinin TrendLife-a verdiyi açıqlamasından məlum oldu ki, o, ilk konsertinə olduqca ciddi tədarük görür: "Bəlkə də mənim konsert vermək arzusunda olmağım, kimlərisə təəccübləndirə bilər. Sual verərlər ki, hansı uğurlara imza atmışam ki, indi də konsert vermək iddiasına düşmüşəm. Qoyun cavabım öz dilimdən səslənsin. Ayaz boş oturmur. Demək olar ki, hər gününü səs-yazma studiyalarında keçirir. Bu həm də ikinci musiqi albomumun son hazılıq işlərinin getməsi ilə əlaqədardır. 14 mahnının yer alacağı yeni diskə nə adını verəcəyimi dəqiqləşdirməmişəm. Hər şey planlaşdırdığımız kimi getsə, mayın sonlarında musiqi toplusunu pərəstişkarlarıma təqdim etməyə müvəffəq olarıq. Yeni albomum işıq üzü görəndən sonra, konsert verəcəyəm. Ayazsevərlər bundan arxayın ola bilərlər".