...

Azərbaycanın Xaçmaz rayonunda heyvanlarda və insanlarda bruselyoz xəstəliyi aşkar edilib

Cəmiyyət Materials 14 May 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 14 may / Trend , müxbir A.Qafarov/ Xaçmazın Niyazabad kəndində bruselyoz xəstəliyi aşkar edilib. Xəstəlik xırda və iri buynuzlu heyvanlarda aşkar olunub. Xəstəliyə 14 nəfər kənd sakini də yoluxub.

Niyazabad kənd həkim ambulatoruyasının baş həkim əvəzi Müqəddəs Tahayev xəstəliyin martın 15-də aşkarlandığını və bu zaman xəstəliyə yoluxan 4 nəfər aşkar edilib. Mayın 8- də aparılıan analizlər nəticəsində daha 10 nəfərin də xəstəliyə yoluxduğu aşkarlanıb.

"İnsanlar müalicə olunsa da, heyvanlar arasında heç bir peyvənd işi aparılmayıb",- deyə Tahayev bildirib.

Tahayev 2 nəfərin Xaçmaz rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirdiyini bildirsə də, xəstəxanın baş həkimi Bəhram Şahverdiyev bu faktı inkar edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti