Azərbaycan, Bakı, 16 may /müx.TrendLife Şahin Cavadsoy/
Yerli şou-nümayəndələri arasında "Fan club" açmaq bir növ dəb halını alır. Çox az estrada müğənnisi tapılar ki, pərəstişkar sarıdan korluq çəksin. Müğənni Xuraman Şuşalı da fanatalarını bir araya toplmağa qərar verib. Bu haqda TrendLife-a sənətçinin mətbuat katibi Cavanşir Babəlioğlu məlumatlandırıb. Ancaq Cavanşir ilk olaraq Xuramanın prodüseri olmadığını israrla dilə gətirdi: "Xuramanın keçmiş prodüseri Sayqa sizə verdiyi açıqlamasında bildirmişdi ki, işbirlikləri sona çatandan sonra mən X.Şuşalı ilə əməkdaşlığa başlamışam. Bu qətiyyən doğru məlumat deyil. Çünki sözügedən müğənni solo-karyerasına başlayandan bəri mən onun mətbuatla əlaqələndirici kimi fəaliyyət göstərirəm. Biz həm də dostuq".
O ki, qaldı Xuramanın "Fan club" açmaq fikrinə, Babəlioğlu bu haqda bunları söylədi: "İdeya təxminəm 40 fanat tərəfindən irəli sürülüb. Əvvələr Xuraman buna əhəmiyyət verməsə də indi pərəstişkarlarının istəyinə "yox" cavabı verə bilmir. Gələn həftə məkanların birində o, bütün fanatlarını başına cəm edəcək. Həmin tədbirdən sonra, rəsmi olaraq Xuraman Şuşalının "Fan club"un yarandığını hər kəsə söyləyə biləcəyik".
Müğənninin yenilikləri barəsində də danışan mətbuat katibi, yaxınlarda solo-konsert proqramının olacağını da istisna etmədi: "Yaşıl Teatr" Bakı konsert salonunda bir neçə gündən sonra müxtəlif tədbirlər keçiriləcək. Və bununla da yay mövsümü başlayacaq. Nəzərdə tutulub ki, Xuramanın da bu məkanda solo-konserti keçirilsin. Çox güman ki, konsert iyun-iyul aylarında baş tutacaq".