Azərbaycan, Bakı, 19 may /müx. TrendLife Nigar Musayeva/
Mayın 21-də Rəşid Behbudov adına Mahnı Teatrında Daun xəstəliyindən əziyyət çəkən uşaqlar üçün "Accels" və Ailə, Uşaq, Qadınlar Dövlət Komitəsinin dəstəyi ilə xeyriyyə konserti təşkil olunacaq. Əqli cəhətdən zəif inkişaf etmiş bu uşaqlar "Arşın mal alan" komediyasından parçalar təqdim edəcəklər. Onlar bu çıxışları üçün ciddi hazırlaşıblar. Biletlərin qiyməti 5 manatdır. Tədbirdə həmçinin pianoçu Gülşən Nağıyeva, vokalçı Gündüz İsmayılovun da çıxışı gözlənilir.