...

İƏT-ə üzv ölkələrin ekologiya nazirləri İslamabadda görüşəcəklər

Cəmiyyət Materials 22 May 2008 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir C.Babayeva/ İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ekologiya nazirlərinin növbəti 4-cü görüşü 19-20 noyabr tarixində Pakistan hökumətinin təşəbbüsü ilə İslamabadda keçiriləcək. Bu barədə cümə axşamı jurnalistlərə İƏT-ə üzv ölkələrin Ətraf Mühit üzrə İşçi Qrupunun Bakıda keçirilən 5-ci görüşündə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin baş məsləhətçisi Arif İsgəndərov bildirib.

İsgəndərovun sözlərinə görə, İşçi Qrupun Bakıda keçirilən 5-ci görüşü nazirlərin görüşünə hazırlıq məqsədi daşıyır.

"İşçi Qrupun üzvləri tərəfindən irəli sürüləcək təkliflər İƏT-ə üzv ölkə nazirlərinin görüşünə təqdim olunacaq" - deyə İsgəndərov bildirib.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Təşkilatın məqsədi üzv ölkələrin sosial-iqtisadi inkişafının təmin olunmasıdır. İƏT-ə Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan daxildir.

Xəbər lenti

Xəbər lenti