...

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirin gümüş medallarını qazanıblar

Cəmiyyət Materials 26 May 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın bədii gimnastika üzrə komandası İsrailin Holon şəhərində keçirilən beynəlxalq turnirin gümüş medallarını qazanıb. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Mayın 23-dən 25-dək davam edən turnirdə azərbaycanlı gimnastlar israilli idmançılardan sonrakı ikinci yeri tutublar.

İsraildə gimnastika üzrə Qran-Pri yarışları da keçirilib. Bu yarışda Azərbaycanı Dinarə Gimatova və Anna Qurbanova təmsil ediblər. Çoxnövçülükdə Gimatova yeddinci, Qurbanova isə səkkizinci yerə layiq görülüb.

Qurbanova bir müddət əvvəl Belarusun paytaxtı Minsk şəhərində keçirilən gimnastika üzrə dünya kubokunda da səkkizinci yerə layiq görülmüşdü.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti