Azərbaycan, Bakı, 26 may /müx. TrendLife Safura/
Türkiyədə əməliyyat olunan xalq artisti Yaşar Nuri hazırda özünü yaxşı hiss edir. Buna baxmayaraq, o, hələ Bakıya gələ bilməz. Bu haqda TrendLife-a onun həyat yoldaşı Rəhimə xanım xəbər verib. "Dörd gündür ki, Yaşar xəstəxanadan çıxıb. Lakin həftədədə bir dəfə o, analiz verməlidir. Dünən bütün analizlərini verdik və müsbət cavab aldıq. Bakıya döndükdən sonra da ayda bir dəfə Türkiyəyə getməyə məcburdur. Bu proses üç ay davam edəcək. Uzun sözün qısası təki Yaşar sağalsın, biz yollarda qalsaq da olar".