...

Azərbaycanın futbol klubu UEFA kubokuna Avstriyada hazırlaşacaq

Cəmiyyət Materials 30 May 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu UEFA kubokunun oyunlarına hazırlaşmaq üçün Avstriyada təlim-məşq toplanışı keçəcək. Bu barədə cümə günü Trend -a "Xəzər-Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib.

"Xəzər-Lənkəran" Azərbaycanın futbol üzrə Premyer-Liqasının sonuncu mövsümündə dördüncü yeri tutaraq, mükafatçılar sırasına düşə bilməyib. Lənkəran klubu UEFA kubokuna vəsiqəni ölkə kubokunun qalibi olduğu üçün qazanıb.

Mircavadov bildirib ki, "Xəzər-Lənkəran" Avstriyada iyunun 24-dən iyulun 10-dək hazırlıq keçəcək və təlim-məşq toplanışı dövründə dörd yoxlama oyununda qüvvəsini sınayacaq. Baş məşqçinin dediyinə görə, "Xəzər-Lənkəran" klubunun yay mövsümündə hazırlığı ümumilikdə 50 gün davam edəcək.

"Xəzər-Lənkəran"ın UEFA kubokunda ilk oyununun iyulun 27-də keçirəcəyi gözlənilir. Bu, klubun tarixi ərzində iştirak edəcəyi ikinci UEFA kuboku yarışı olacaq. "Xəzər-Lənkəran" UEFA kubokunda çıxış etdiyi ilk mövsümdə Moldovanın "Nistru" komandası tərəfindən ilk mərhələdəcə dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti