...

Azərbaycan Ali Məhkəməsi həbsdə olan baş redaktora bəraət vermədi

Cəmiyyət Materials 3 İyun 2008 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir K.Zərbalıyeva/ "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktorunun kassasiya şikayəti təmin olunmayıb.

Baş redaktor Eynulla Fətullayev Cinayət Məcəlləsinin terorrçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma (213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Kassasiya şikayətində Fətullayevin barəsindəki hökmün ləğv edilməsi və ona bəraət verilməsi xahiş edilib.

Baş redaktorun vəkili İsaxan Aşurov bildirib ki, məhkəmə birinci instansiya və Bakı Apellyasiya Məhkəməsinin qərarlarını qüvvədə saxlayıb.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 3 jurnalist - "Azadlıq" qəzetinin baş redaktoru Qənuimət Zahid, həmin qəzetin əməkdaşı, baş redaktorun qardaşı Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev məhkum olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti