...

Mənim kübar aslan olmağa vaxtım yoxdur-MTV-nin teleaparıcısı Tutta Larsen

Cəmiyyət Materials 5 İyun 2008 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun /TrendLife müx. Aytəmiz Məmmədova/

Tutta Larsen-MTV kanalının ən tanınmış aparıcılarındandır. O, gərgin iş və analığı bir-biri ilə gözəl uzlaşdıra bilib. Tutta Larsenin əsl adı Tanya Romanekodur. İndi isə TrendLife müxbirinin teleaparıcı ilə etdiyi müsahibəni sizin nəzərinizə çatdırırıq.

- Siz Tani Romanenko və məhşur teleaparıcı Tutta Larsen kimi bu günkü gündə nail olduqlarınızdan razısınızmı?

- Düzünü desəm, mən heç vaxt heç nəyə bilərəkdən nail olmaq istəməmişəm. Öz həyatımı yaşayıram. Bu mənada məni xoşbəxt insan adlandırmaq olar.

-Tutta Larsenə piar lazımdır? Sizcə kimlərin buna ehtiyacları var?

-Piar müasir dünyada hökümdarlıq edir. Əlbəttəki, həm mənə, həm də istənilən peşə sahibinə piar lazımdır. Lakin bu o demək deyil ki, piar xətrinə çılpaq gəzib, şəkillərini İnternet səhifələrində yerləşdirəsən. Ən yaxşı piar-məncə keyfiyyətli iş, professionallıqdır. Əxlaqsızlığı piarla xilas etmək mümkün deyil.

-Tutta Larsenin hər hansısa yeni layihəsi varmı ki, həyata keçirmək azusundadır? Bir dəfə müsahibələrinizin birində qeyd etmişdiniz ki, kumiriniz Vladimir Poznerdir. Onunla birlikdə layihə etmək istərdinizmi?

-Yeni layihələr yoxdur, sadəcə yay fəsli mövsüm ayı olmadığı üçün hələlik reallaşmayır. O ki, qaldı Vladimir Poznerlə işləməyə, bu mənim arzumdur. Hələ ki, isə yenilik yoxdur.

-Siz dəbdəli gecə əyləncələrini rədd edirsiniz. Niyə? Sizcə bu əyləncələr kimə lazımdır?

-Niyə ki rədd edirəm? Mən çoxlu ulduzların və pressanın olduğu maraqlı tədbirlərə gedirəm. Sadəcə kübar aslan olmağa vaxtım yoxdur.

-İnsanlarda nəyi qiymətləndirirsiniz? Sevdiyiniz insana nəyi keçə nəyi bağışlaya bilmərsiniz?

-Qəddarlıq və kobudluqla barışa bilmirəm. Yalana nifrət edirəm. Hər şeyi bağışlamağa çalışan insanam. İnsanlarda səmimiliyi, yumor hissinin olmasını qiymətləndirirəm.

- Necə hesab edirsiniz şou-biznes aləmində əsl dostluq mümkündür? Bu aləmdə dostunuz varmı?

-Var, lakin iki-üç nəfər. Bir çox ulduzlar öz aralarında dostluq edirlər. Amma bunun nə qədər səmimi dostluq olduğunu deyə bilmərəm. Mənim dostlarımın çoxunun şou-biznesə aidiyyatı yoxdur.

-Əvvəllki kimi yeni vokalla məşğul olursunuz? Yeni albom yazdırmaq fikriniz varmı? Kiminlə duet oxumaq istərdiniz?

-Hələlik özüm üçün məşğul oluram. Duet isə Mixeyevlə oxumaq istərdim, təssüf ki, o, artıq yoxdur.

-Rusiya və dünya estradasından kimin yaradıcılığını bəyənirsiniz?

-Əgər mən sadalamağa başlasam, sizin səhifəniz yetməz. Çoxlarını bəyənirəm.

-Siz qadın xoşbəxtliyini tapmısınız? Tutta Larsen özünə ər, Lukaya ata tapa bilib? Əgər tapılarsa, lakin Luka qəbul etməzsə, onda nə edərsiniz?

- Tapmışam, Luka da onu qəbul edib. Lakin bu pressa üçün deyil.

-Bu o deməkdir ki, siz onu tək başına tərbiyyə etmirsiniz? Siz onu gələcəkdə kim görmək istərdiniz?

-Oğlumu tək tərbiyyə etmirəm. Onun tərbiyəsi ilə nənəsi, dayəsi və kişi xeylağı məşğul olur. Düzdür çətindir, amma maraqlıdır. Böyüyəndə kim olmağını isə özü seçər. Əsas odur ki, yararlı insan olsun.

-Müsahibələrinizin birində demişdiniz ki, xarici görünüşünüzə görə kompleksiniz var. Bəs, nə əcəb bu komplekslərdən plastik cərahiyyə əməliyyyatlar yolu ilə xilas olmursunuz?

-Məncə Allahın verdiyini düzlətmək böyük günahdır. Əməliyyat mənlik deyil.

-Hansı mətbəxi sevirsiniz? Ümumiyyətlə pəhrizlə aranız necədir? Sizcə gözəl vücuda sahib olmaq üçün nə etmək lazımdır?

-Sadəcə zülalla, karbohidratları bir-birləri ilə qarışdırmıram. Çalışıram az yeyim. World Class klubuna gedirəm. Xüsusi məşqçim var ki, onunla həftədə üç dəfə gimnastika ilə məşğul oluram. Pəhriz məncə boş şeydir. Sadəcə vücuda xeyirli şeylər yemək lazımdır.

- Harada dincəlməyi planlaşdırırsınız?

-Biz Moskva ətrafında kirayə ev tutmuşuq. Bir həftəlik də Avropaya getməyi düşünürük.

-Özünüzü uğurlu insan hesab edirsiniz?

-Mən xoşbəxt insanam.

-Azərbaycan mədəniyyəti ilə tanışsınız? Bizim müğənnilərdən kimin haqqında eşitmisiniz?

-Təssüf ki, Polad Bülbüloğlundan başqa heç kimi tanımıram.

-Bizim saytın oxucularına arzularınız.

-Sizin oxucularınıza sakitlik və sevgi arzulayıram.

Xəbər lenti

Xəbər lenti