Azərbaycan, Bakı, 17 iyun /müx. TrendLife Günel Əhmədova
Naxçıvan MR-nın ərazisində yerləşən qədim "Oğlanqala" abidəsində arxeoloji qazıntı işləri ötən həftənin sonundan etibarən başlayıb. Bu barədə məlumat verən AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı, tarix elmləri doktoru Vəli Baxşəliyev bildirib ki, Naxçıvan ərazisində yerləşən qədim abidələri tam öyrənmək məqsədilə ABŞ-ın Corciya universiteti ilə 3 illik müqavilə bağlanılıb.
V.Baxşəliyev vurğulayıb ki, bu dəfəki qazıntı işlərində ABŞ-dan 10 nəfərlik nümayəndə heyəti iştirak edir. Qazıntı işlərinin maliyyə vəsaitini də adçəkilən universitet öz öhdəsinə götürüb. Qazıntı ekspedisiyasına rəhbərlik edəcək elmlər doktoru əcnəbi alimlərlə 3 illik müqavilə imzalanmasına baxmayaraq hələlik birinci il qazıntı aparılması üçün icazə alındığını və qazıntıların avqustun 15-nə kimi davam etdiriləcəyini bildirdi.