...

Rəsmi Bakı müxalifətin sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması fikrini obyektiv hesab etmir

Cəmiyyət Materials 18 İyun 2008 13:16 (UTC +04:00)
Rəsmi Bakı müxalifətin sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması fikrini obyektiv hesab etmir

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı müxalifətin Azərbaycanda sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması fikrini obyektiv hesab etmir. "Müxalifətin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu tənqid etməsinə ciddi yanaşmaq lazım deyil", - deyə deyə çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

Trend -un arayışı: Azərbaycan parlamenti mayın 30-da "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər layihəsini qəbul edib. Parlament tərəfindən qəbul edilən əlavə və dəyişikliklər layihəsi Prezident Aparatında hazırlanıb və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən ləyihəyə rəy verilib. Azərbaycan müxalifəti hesab edir ki, qəbul edilən əlavə və dəyişikliklər layihəsi ölkədə sərbəst toplaşmaq hüququnu daha da məhdudlaşdırıb.

"Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa bütün beynəlxalq təşkilatlar çox yüksək rəy veriblər. Avropa Şurasının Venesiya Komissiyasının bir neçə gün əvvəl keçirilən sonuncu iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna yekun rəy verilib. Komissiya qanuna dəyişiklikləri dəstəkləyir və hesab edir ki, qəbul edilmiş qanun Avropa standartlarına uyğundur", - deyə Ələsgərov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti