...

Azərbaycanın "Karvan" futbol klubu beş yeni futbolçu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 20 İyun 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Karvan" futbol klubu beş futbolçu ilə müqavilə bağlayıb. Bu barədə Trend -a cümə günü "Karvan" klubunun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

"Karvan"ın transfer etdiyi futbolçulardan ikisi futbol üzrə sonuncu mövsümdə "Standard" klubunda çıxış etmiş qapıçı Vitali Kovalyov və yarımmüdafiəçi Kamal Quliyevdir. Quliyev əvvəllər də "Karvan"da forma geyib. Yeni transferlər sırasında Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə "Olimpik" klubunda oynayarkən gümüş medal qazanmış Namiq Əliyev də var. "Karvan"ın transfer etdiyi daha bir futbolçu isə, Azərbaycanın futbol üzrə kubokunun sonuncu qalibi olan "Xəzər-Lənkəran"da çıxış etmiş Rəşad Kərimovdur. Bu futbolçuların hamısı ilə bir illik müqavilə bağlanılıb. Sonuncu mövsümdə "Masallı" klubunda çıxış etmiş Vüqar Nadirov, digərlərindən fərqli olaraq, iki illik müqavilə imzalayıb.

"Karvan" Premyer-Liqanın son mövsümündə 14 komanda arasında 11-ci yeri tutub. Yevlax şəhərini təmsil edən komandanın baş məşqçisi Yunis Hüseynovdur.

Yevlax klubu növbəti mövsümün hazırlığının ilk mərhələsini Bakıda keçirəcək. Komanda iyulun 4 - də təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yola düşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti