...

Keçmiş baş redaktor polis idarəsinə çağrılıb

Cəmiyyət Materials 27 İyun 2008 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir K.Zərbalıyeva/ "Xalq qəzeti"nin sabiq baş redaktoru Mahal İsmayıloğlu Abşeron Rayon Polis İdarəsinə çağırılıb.

İsmayıloğlu bildirib ki, İdarədə ona Novxanıdakı bağ qonşusunun ondan şikayətçi olduğunu deyiblər.

"Guya həmin şəxsin qulluqçusunu, zibili mənim evimin qapısının ağzına tökdüyünə görə, döymüşəm",-deyən Mahaloğlu özünə qarşı təzyiqləri "Yeni Müsavat" qəzetində iyunun 7-də dərc olunmuş "Göz yaşı silən olaq" adlı məqaləsindəki fikirlərlə əlaqələndirir.

Jurnalist deyib ki, Vahid İmanov adlı şəxsin Nəsibə adlı qulluqçusu ondan polisə şikayət edib.

İdarədə 3 saata yaxın saxlanılan keçmiş baş redaktorun şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Abşeron RPİ-nin istintaq şöbəsinin rəisi Samir Məcidov İsmayıloğlunun şahid qismində polisə çağrıldığını desə də, istintaq sirri olduğundan, cinayət işi barədə məlumat verməyib.

Mahal İsmayıloğlu uzun müddət Prezidentin İşlər İdarəsinin təsisçisi olduğu "Xalq qəzeti"nin baş redaktoru olub. 2002-ci ildə tutduğu vəzifədən azad edilib.

Hazırda müxalifyönlü "Yeni Müsavat" qəzetində hakimiyyəti tənqid edən köşə yazıları ilə çıxış edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti