Azərbaycan, Bakı, 30 iyun /TrendLife müx.Eldar Hüseynzadə/
"Əgər biz "Nə? Harada? Nə zaman?" onuncu Cənubi Qafqaz yubiley çempionatının qalibi olsaq, oyundan gedəcəyik. Hazırda müntəzəm olaraq məşqlər edirik. Demək olar ki, Cənubi Qafqazda keçirilən bütün çempionatlarda iştirak etmişik, həmişə də qalib olmağa çalışmışıq. Bu mövsümdəki çıxışımızın fərqi ondadır ki, əgər qalib olsaq oyunu tərk edəcəyik ",-bu sözləri komandanın kapitanı , bilici Balaş Qasımov TrendLife-la söhbətində bildirib.
Qeyd edək ki, çempionatda Faik Hüsyenovun, Oğuzun, Yo!J və başqa komandaların da iştirakı gözlənilir.