...

AŞ PA-nın böyük britaniyalı məruzəçisi Eduard Ohara bölgəyə səfər edəcək

Cəmiyyət Materials 2 İyul 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qurumun Mədəniyyət, Elm və Təhsil Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi, böyük britaniyalı deputat Eduard Oharanın bölgəyə səfərini təşkil etməyə çalışır. "Mən ümid edirəm ki, Oharanın bölgəyə səfəri baş tutacaq", - deyə çərşənbə günü Bakıda jurnalistlər üçün keçirdiyi brifinqdə AŞ PA prezidenti Luis Maria de Puç bildirib.

Trend -un arayışı: 2005-ci ildə AŞ PA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi təyin olunub. Bununla bağlı qəbul olunan qərarda qeyd olunub ki, məruzəçi Ohara tez bir zamanda Azərbaycan, Gürcüstan və Ermənistana səfər etsin. Lakin son üç ildə onun səfəri baş tutmayıb.

Azərbaycan məruzəçinin ölkəyə səfərinə şərait yaratmağa hazır olduğunu bildirib. Rəsmi Bakı hesab edir ki, Ohara Azərbaycan ərazisindən keçməklə ermənilərin işğalı altında olan Dağlıq Qarabağa səfər etməli və oradakı Azərbaycan abidələrinin vəziyyətini öyrənməlidir. Eyni zamanda, məruzəçi Ermənistan ərazisində olan qədim Azərbaycan abidələrinin vəziyyətini öyrənməlidir. Ermənistan isə məruzəçinin Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçməklə səfər etməsi ilə razılaşmır.

Ermənistan iddia edir ki, Azərbaycan Naxçıvan Muxtar Respublikasında olan qədim "erməni abidələrini" dağıdıb və məruzəçinin Naxçıvana səfər etməsini tələb edir. Azərbaycan Oharanın Naxçıvana səfər etməsinə şərait yaratmağa hazır olduğunu bəyan edib.

Ötən həftə Ohara üzləşdiyi siyasi çətinliklərə görə, bölgəyə səfər etməkdən imtina edib.

AŞ PA prezidenti qeyd edib ki, Azərbaycanda keçirdiyi görüşlərdə Oharanın bölgəyə səfərinin baş tutmasını müzakirə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti