...

Azərbaycan saytı iri beynəlxalq müsabiqədə qələbəyə iddialıdırlar

Cəmiyyət Materials 4 İyul 2008 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

"Virtual muzey: Azərbaycanın Musiqili Teatrı" Rusiyada keçirilən "Qızıl sayt" iri beynəlxalq müsabiqədə iştirak etmək üçün ərizələrini təqdim ediblər. Bu haqda TrendLife-a "Musiqi dünyası" jurnalının baş redaktoru Tariyel Məmmədov xəbər verib. Bu sayt NETTY 2008 milli İnternet mükafatının qalibidir. "Virtual muzey"ə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "O, olmasın bu olsun", "Arşın mal alan" kimi böyük musiqi əsərləri haqqında dolğun informasiyalar daxildir.

"Qızıl sayt" İnternet-müsabiqəsi 1997-ci ildən keçirilir. Onun keçirilməsinin əsas məqsədi informasiya resurslarının və servislərinin inkişafı, müasir şəbəkə texnologiyalarını dövlətin müxtəlif sahələrinə təhsilə və biznesə tədbiq etməsinə həvəsləndirməsi, biznes-cəmiyyətini İnternet istifadəsi probleminə cəlb edilməsi və.s-dir.

Xəbər lenti

Xəbər lenti