Azərbaycan, Bakı, 08 iyul /TrendLife müx. Nigar Musayeva/
Bu yaxınlarda Rusiya estradasının ulduzu Aleksey Çumakov azərbaycanlı müğənni Sabir Əhmədovun ona yazdığı mahnını ifa edəcək. Çumakov da öz növbəsində müğənni Sabirə iki mahnı hədiyyə edib.
Hazırda Sabir Rusiya şou-biznesinə daxil olmaq istəyir. "Əgər arxanda dayanan insan olmazsa, Rusiya şou-biznesinə daxil olmaq çox çətindir. Hələki yaradıcılıq planında təkəm. Elə bir insan yoxdur ki, mənə köməklik etsin",-bu sözləri müğənni TrendLife-a söyləyib.
Buna baxmayaraq Sabir hazırda ilk albomu üzərində işləyir. Topluya 11 yeni mahnı, həmçinin Aleksey Çumakovun yazdığı mahnılar yer alacaq.