...

Azərbaycan musiqiçiləri İtaliya yollanır

Cəmiyyət Materials 15 İyul 2008 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Avustun 1-dən 8-dək klassik musiqi ifaçıları İtaliyaya yola düşəcək və orada altı günlük konsert proqramı ilə çıxış edəcəklər. Bu haqda TrendLife-a layihənin iştirakçılarından biri olan əməkdar artist Murad Adıgözəlzadə xəbər verib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Simfonik orkestri və solist kimi özü İtaliyaya yollanacaq. Musiqiçilər bir neçə İtaliya yay mahnı festivallarında iştirak edəcək. Festival Velia, Komo, Rovello adlanır. "Orada səhnə qayanın döşündə yerləşir. Aşağı isə dənizdir. Çox gözəl məkan, nüfuzlu festivaldır. Vaxtıkən bu festivalda Rastropoviç də çıxış edib",-deyən M. Adıgözəlzadə TrendLife-a bildirib.

Bu konsertdə Murad Çaykovskinin əsərlərini ifa edəcək. Orkestrə əcnəbi dirijor rəhbərlik edəcək. Qeyd edək ki, keçən il də simfonik orkestrimiz Velia festivalında uğurla çıxış edib.

Xəbər lenti

Xəbər lenti