...

Azərbaycan hökuməti narkomaniya ilə mübarizəyə 7 min manat ayırıb

Cəmiyyət Materials 18 İyul 2008 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir E.Əliyev/Azərbaycan gənclər və idman nazirliyi qeyri-hökumət təşkilatına narkomaniyaya qarşı mübarizə məqsədilə yeddi min manat məbləğində qrant ayırıb.

Pilot layihəsi Azərbaycanın Ağcabədi rayonunda həyata keçiriləcək.

Statistikaya əsasən, ölkədə 21 080 narkoman qeydə alınıb. Onların əsas hissəsini gənclər təşkil edir. Keçən illə müqayisədə, qeydə alınan narkomanların sayı 3 min nəfər artıb.

Ekspertlər bildirirlər ki, əslində, bu rəqəm xeyli yüksəkdir və Azərbaycanda narkomaniya ildən-ilə cavanlaşır.

Xəbər lenti

Xəbər lenti