...

Azərbaycanın "Qarabağ" klubu türkiyəli futbolçu ilə müqavilə bağlayacaq

Cəmiyyət Materials 21 İyul 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" klubu Türkiyədən olan futbolçu Sedat Şahinlə müqavilə bağlamağa hazırlaşır. Bu barədə bazar ertəsi Trend -a "Qarabağ" klubunun mətbuat xidməti məlumat verib.

Hazırda Türkiyədə təlim -məşq toplanışında olan "Qarabağ" klubunun məşqçilər heyəti Şahini yoxlama oyunlarında baxışdan keçiriblər və ondan razı qalıblar.

Əvvəllər Slovakiyanın "Dukla", Türkiyənin "Eskişehir" klublarında çıxış etmiş futbolçunun 23 yaşı var.

Türkiyəli futbolçu hücumçu mövqeyində çıxış edir.

"Qarabağ" komandasının baş məşqçisi türkiyəli Rasim Karadır.

Xəbər lenti

Xəbər lenti