...

Azərbaycanın futbol klubu Sloveniya komandası ilə oyunda heç-heçə edib

Cəmiyyət Materials 24 İyul 2008 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu Sloveniyanın "Olimpiya" komandası ilə yoxlama oyununda heç-heçə edib. Bu barədə cümə axşamı Trend -a "Bakı" klubunun mətbuat xidməti məlumat verib.

Azərbaycan klubunun Sloveniyanın birinci liqasında çıxış edən komandası ilə görüşü 2:2 hesabı ilə nəticələnib. "Bakı"nın heyətində qolları yeni transfer olunan futbolçular - Draqan Naçevski və Georgi Xristov vurublar.

Hazırda Sloveniyada təlim-məşq toplanışında olan "Bakı"nın qarşıdakı günlərdə daha bir neçə yoxlama oyunu keçirəcəyi gözlənilir.

"Bakı" komandasının baş məşqçisi Makedoniyadan olan Qyoko Hacievskidir. O, qısa müddət Azərbaycan yığma komandasına da rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti