...

Azərbaycanlı qılıncoynadanlar reytinq sıralamasında irəliləyiblər

Cəmiyyət Materials 25 İyul 2008 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın qılıncoynatma üzrə iki idmançısı Beynəlxalq Qılıncoynatma Federasiyasının (BQF) reytinq sıralamasında mövqelərini yaxşılaşdırıb. Bu, BQF-nın reytinq cədvəlini açıqlamasından sonra məlum olub.

Azərbaycanlı sablyaçılar arasında ən yüksək göstərici Səbinə Əmrahzadəyə məxsus olub. O, reytinq sıralamasında 17 pillə irəliləyərək, 32 xalla 64-cü sırada yer alıb.

Azərbaycanın qılıncoynatma üzrə yığma komandasının rusiyalı legioneri Yanna Muradqızı reytinq cədvəlində 8 pillə irəliləyə bilib. O, hazırda 30 xalla 69-cu pillədə qərarlaşıb.

BQF-nın açıqladığı reytinq cədvəlində Azərbaycanın digər sablyaçıları mövqelərini yaxşılaşdıra bilməyiblər.

Xəbər lenti

Xəbər lenti