...

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyası azərbaycanlı abituriyentlərə dörd yer ayırıb

Cəmiyyət Materials 25 İyul 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul/ Trend , müxbir C.Babayeva/ Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyası 2008 -2009 - cu tədris ilində azərbaycanlı abituriyentlərə dörd yer ayırıb. Bu barədə cümə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, müsabiqə 19 yaşına çatmış və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 - dən çox bal toplamış gənc abituriyentlər arasında aparılacaq. "Müsabiqə zamanı abituriyentlər hərbi həkim komissiyasından keçəcəklər", - Babayev söyləyib.

Azərbaycanlı abituriyentlərin Gülhanə Hərbi Tibb Akademiyasında təhsili Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanılmış müqaviləyə əsasən aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti