Azərbaycan, Bakı, 26 iyul /TrendLife müxbir Z.Rüstəmova/
Arif Satira Teatrı "Uduzan hesabdan deyil" adlı komediya tamaşası hazırlayır. Xalq aristi Arif Quliyevin rəhbərlik etdiyi teatr kollektivi tamaşanı yaxın iki həftə ərzində yekunlaşdıracaq. Arif Quliyevin TrendLife-a verdiyi məlumatına görə, tamaşanın burada nəzərdə tutulan ilk təqdimatından sonra səhnə əsəri rusiyalı tamaşaçılar üçün təqdim olunacaq.
Aktyorun məlumatına görə, tamaşanın Rusiyanın bir neçə şəhərində göstəriləcəyi planlaşdırılıb. Qeyd edək ki, Arif Satira Teatrı yığcam aktyor heyətindən ibarətdir və yeni səhnə əsərinə Mərahim Fərzəlibəyov quruluş verir.