...

Futbol üzrə Azərbaycan Premyer-Liqasının püşkü atılıb

Cəmiyyət Materials 30 İyul 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir R.Ergün/ Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) futbol üzrə Premyer-Liqanın 2008-2009-cu il mövsümünün püşkatması olub.

Püşkün nəticələrinə görə, ilk turun ən maraqlı və prinsipial oyunu "İnter" klubu ilə "Olimpik" arasında olacaq.

"İnter" komandası sonuncu çempionatın qızıl, "Olimpik" isə gümüş medallarını qazanıb.

Bakının "Neftçi" klubu Premyer-Liqada ilk oyununu "Standard"a qarşı keçirəcək. "Bakı" MOİK, "Bakılı" "Qarabağ", "Karvan" "Xəzər-Lənkəran", "Qəbələ" NBC, "Simurq" isə "Turan" komandası ilə oynayacaq.

Futbol üzrə Azərbaycan Premyer-Liqası avqustun 9-da başlayacaq.

Azərbaycan Premyer-Liqası 26 turdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti