...

Azərbaycanda ABŞ ali təhsil müəssisələrinin magistraturasına qəbul üzrə birinci müsabiqə elan edilib

Cəmiyyət Materials 8 Avqust 2008 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Təhsil Nazirliyi Fulbrayt (Fulbrayt) tələbə mübadiləsi proqramı üzrə ABŞ ali təhsil müəssisələrinin magistraturasına qəbul üzrə birinci müsabiqəni elan edib.

Cari ilin iyununda Azərbaycanın təhsil naziri və ABŞ Dövlət Katibinin təhsil və mədəniyyət məsələləri üzrə müavini Qoli Ameri arasında əməkdaşlıq barədə saziş imzalanıb. Bu sazişə əsasən, Azərbaycan bakalavrları üçün magistr təhsilini ABŞ-ın ali təhsil müəssisələrində davam etdirmək imkanı yaranıb.

Müsabiqə 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramına əsasən elan edilib.

ABŞ magistratrularında 2007/2008 və 2008/2009 tədris illərində magistraturaya qəbul zamanı texniki predmetlər üzrə 70-dən çox, digər predmetlər üzrə isə 80 bal toplamış 35 yaşadək bakalavrlar təhsil ala bilərlər. TOEFL proqramı üzrə inglis dilinin səviyyəsi ən azı 550 bal olmalıdır.

ABŞ magistraturlarında təhsil sahələri aşağıdakılardır - mühəndislik, kənd təsərrüfatı, kompyuter və İT, memarlıq, nəqliyyat, elm, təhsil, xidmət (turizm və mehmanxanalar), iqtisadiyyat, idarəetmə, hüquq.

Bakalavrların ərizələri sentyabrın 12-dək Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyində qəbul edilir. Ərizə formasını hər iki idarənin saytlarından əldə etmək olar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti