Azərbaycan, Bakı, 12 avqust / Trend , R.Ergün/ Azərbaycanın yunan-roma güləşçici Rövşən Bayramov ( 55 kq) finalda Rusiya güləşçisi Nazar Mankkiyevə məğlub olaraq, Olimpiadanın gümüş medalını qazanıb.
Bu, Azərbaycanın Pekin Olimpiadasında qazandığı ilk gümüş medaldır.
Bazar ertəsi cüdoçu Elnur Məmmədli Olimpiadanın qızıl medalını qazanıb. O, final oyununda koreyalı idmançını 13 saniyəyə təmiz qələbə ilə məğlub edib.
Bayramov yarımfinalda erməni idmançısı Roman Amanyanı məğlub edib.
Yarımfinal oyununa qədər Bayramov misirli Mostafa Məhəmmədi və kubalı Yaqnera Ernandes üzərində qələbə çalıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]