...

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yeni məktəb binası istifadəyə verilib

Cəmiyyət Materials 8 Sentyabr 2008 20:01 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 08 sentyabr / Trend , müxbir E.Məmmədov/ Azərbaycanın Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunun ucqar və sərhəd kəndi olan Şadada yeni məktəb binası istifadəyə verilib.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun açılışında iştirak etdiyi məktəbin tikintisinə ötən ilin iyulunda başlanılıb.

İkimərtəbəli yeni məktəb binası 88 şagird üçün nəzərdə tutulub.

Hazırda Şada kənd orta məktəbində 21 şagird təhsil alır və onların təlim- tərbiyəsi ilə 11 müəllim məşğul olur.

Məktəbin həyətinə içməli su xətti çəkilib.

Xəbər lenti

Xəbər lenti