Azərbaycan, Bakı, 09 sentyabr / Trend / Azərbaycan yığması XIII Pekin Yay Paralimpiya Oyunlarında çərşənbə axşamı daha 3 medal qazanıb.Medalçılarımızın hər üçü cüdoçu olub.
100 kq-dan artıq çəkidə mübarizə aparan İlham Zəkiyev növbəti dəfə Paralimpiya çempionu olub. 28 yaşlı cüdoçu 4 il öncə Afinadada keçirilən Paralimpiya Oyunlarında da çempion olub.
Tofiq Məmmədov (90 kq) və Kərim Sərdarov (100 kq) gümüş medala yiyələniblər.
Bununla da, milli komandamızın aktivindəki medalların sayı 5-ə çatıb. Azərbaycan milli komandası XIII Pekin Yay Paralimpiya Oyunlarında18 idmançı ilə təmsil olunur.
İndiyədək 1 qızıl, 2 gümüş, 2 bürünc mükafata sahib çıxmış Azərbaycan medal qazanan ölkələrin siyahısında 25-ci pilləyə qalxıb.
Pekin Paralimpiadası
sentyabrın 17- də başa çatacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]