...

"Araz" klubu futzal üzrə UEFA Kubokunun növbəti mərhələsinə vəsiqəni təmin edib

Cəmiyyət Materials 13 Sentyabr 2008 01:08 (UTC +04:00)
"Araz" klubu futzal üzrə UEFA Kubokunun növbəti mərhələsinə vəsiqəni təmin edib

Azərbaycan, Bakı, 13 sentyabr / Trend / Bakıda keçirilən futzal üzrə UEFA Kubokunun qrup turnirində ikinci turun oyunları keçirilib. Azərbaycan çempionu "Araz" klubu yenidən böyükhesablı qələbə qazanıb. Bu dəfə futzalçılarımız Bolqarıstanın "Nadin" klubunu darmadağın ediblər - 6:1.

Digər görüşdə Slovakiyanın "Slov-Matik" klubu İsveçin "Skevde"sini 7:1 hesabı ilə məğlub edib.

Beləliklə, "Araz" və "Slov-Matik" artıq UEFA Kubokunun növbəti mərhələsinə vəsiqəni təmin ediblər.

Xəbər lenti

Xəbər lenti