...

Çimərlik futbolu üzrə Avropa kubokunda iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb

Cəmiyyət Materials 15 Sentyabr 2008 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir R.Ergün/ Çimərlik futbolu üzrə Avropa kubokunda iştirak edəcək Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Bu barədə Trend -a Azərbaycan Çimərlik Futbolu Federasiyasından (AÇFF) məlumat veriblər.

Yığma komandalar arasında çimrəlik futbolu üzrə Avropa kubokunun oyunları Bakıda keçiriləcək. Sentyabrın 18-də startı veriləcək yarış üç gün davam edəcək.

Azərbaycan yığması Avropa kubokunda 11 oyunçu ilə mübarizə aparacaq.

Avropa kubokunda Azərbaycanla yanaşı, İtaliya, İspaniya, İngiltərə, Norveç və İsveç komandaları iştirak edəcəklər.

Azərbaycan yığması kubokda ilk oyununu sentyabrın 19-da İngiltərəyə qarşı keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti