...

Azərbaycanda seçki qanunvericiliyinin tələblərini daha çox pozan mətbu orqanların siyahısı açıqlanıb

Cəmiyyət Materials 16 Sentyabr 2008 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı,16 sentyabr / Trend , müxbir S.İsmayılbəyli/ Azərbaycanda seçki qanunvericiliyinin tələblərini daha çox müxalifyönlü qəzetlər pozur.

Bu barədə "İnkişaf" Sosial İqtisadi Araşdırmaar Mərkəzi və "Hüquqi və Demokratik İslahatlar Mərəkzi"nin keçirdiyi monitorinqin nəticələri ilə bağlı çərşənbə axşamı keçirilən mətbuat konfransında məlumat verilib.

"İnkişaf" Sosial İqtisadi Araşdırmaar Mərkəzinin sədri Elşad Mirbəşiroğlu bildirib ki, 6 kriteriya üzrə avqustun 1-dən sentyabrın 15-dək keçirilən monitorinq zamanı ümumilikdə 281 pozuntu qeydə alınıb. Birinci kriteriya - seçki qanunvericiliyinə əməl edilməməsi ilə bağlı ən çox qanun pozuntusuna "Azadlıq" və "Yeni Müsavat" qəzetləri yol verib. Bu kriteriya üzrə ən az pozuntu "Səs" qəzetində qeydə alınıb.

Seçki prosesini qeyri-obyektiv işıqlandıran KİV-lər arasında isə "Bizim yol" qəzeti 17 pozuntu ilə siyahıya liderlik edir. "Azadlıq", "Yeni Müsavat", "Olaylar" qəzetləri isə sonrakı sıralarda yer alır.

Ümumilikdə isə bu kriteriya üzrə KİV-lərdə 49 pozuntu qeydə alınıb. Namizəd əleyhinə əsası olmayan informasiyaların yayılması ilə bağlı daha çox pozuntu "Azadlıq" qəzetində (7) qeydə alınıb.

Mərkəz sədri bildirib ki, növbəti monitorinq prezident seçkilərinə qısa bir müddət qalmış keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti