Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan boksçuları Rusiyanın Kazan şəhərində keçiriləcək tələbələr arasında dünya çempionatında iştirak edəcəklər. Bu barədə Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.
Dünya birinciliyində iştirak edəcək Azərbaycan yığmasının heyətində müxtəlif illərdə dünya və Avropa çempionatlarının mükafatçıları olmuş boksçular çıxış edəcəklər.
Yarış sentyabrın 21 - də başlayacaq və altı gün davam edəcək.
Azərbaycanlı idmançılar Rusiyaya iki məşqçinin - Salam Bağırov və Şamil Əlimzanovun rəhbərliyi altında yola düşəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]