...

Futbol üzrə Azərbaycan yığma komandası Bəhreynlə görüşəcək

Cəmiyyət Materials 19 Sentyabr 2008 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandası Bəhreynlə yoxlama oyunu keçirəcək. Bu barədə cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığması Bəhreynlə səfərdə, bu ilin oktyabr ayının 15-də görüşəcək.

Oktyabrın 11-də Azərbaycan komandası DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya yığması ilə oynayacaq.

Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti