...

Azərbaycanın ikinci böyük şəhərinin 2 502 illiyi qeyd olunur

Cəmiyyət Materials 23 Sentyabr 2008 12:28 (UTC +04:00)

Azərbaycan, Gəncə, 23 sentyabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gəncə şəhərinin 2 502 illiyi ilə bağlı bu gün rəsmi tədbirlərə başlanılıb.

Tədbirdə çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç bildirib ki, son illər Gəncə şəhərində güclü inkişaf qeydə alınır. "Sevindirici haldır ki, Belarusun avtomobil zavodu ilə Gəncənin avtomobil zavodu əməkdaşlıq edir", - səfir əlavə edib.

Türkiyənin, Belarusun, Rusiyanın Azərbaycandakı səfirlərinin qatıldığı tədbir şəhər İcra Hakimiyyəti binasının qarşısından başlayıb və tədbir iştirakçıları Heydər Əliyevin heykəlini, Cavadxanın məqbərəsini ziyarət etdikdən sonra, Gəncə darvazalarının qarşısında bayram tədbiri davam edib.

Rusiya səfiri Vasili İstratov tədbirdəki çıxışında Gəncənin çox gözəl şəhər olduğunu və Rusiyanın bu şəhərdəki inkişafı diqqətlə izlədiyini qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Qılıc isə bildirib ki, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir və onlar gəncəlilərin sevincini ürəkdən bölüşürlər.

Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrı aktyorlarının iştirakı ilə bədii kompozisiya nümayiş etdirilib. Cavadxanın gəncəlilərə müraciəti səsləndirilib, Cəncə darvazalarının tarixini əks etdirən səhnəcik nümayiş olunub.

Yol boyu qədim adət-ənənələri özündə əks etdirən sənət nümunələri də əks olunub.

Gəncə günü ilə bağlı təşkil olunmuş tədbirlər Mircəlal Paşayev müzeyində təqdim olunacaq konsert proqamı ilə başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti