...

Futbol üzrə Azərbaycan yığması AÇ-2016-nın final mərhələsində iştirak edə bilər – yığma komandanın keçmiş baş məşqçisi

Cəmiyyət Materials 26 Sentyabr 2008 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandası 2016-cı ildə keçiriləcək Avropa çempionatının (AÇ) final mərhələsinə vəsiqə qazana bilər.

"Biz bütün planlarımızı 2016-cı ildə keçiriləcək Avropa çempionatına görə qurmalıyıq. UEFA Avropa çempionatının final mərhələsində 24 yığma komandanın iştirakına razılıq verməklə, bizim üçün çox böyük şans yaratdı", Trend -a Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Vaqif Sadıqov deyib.

Trend -un arayışı: UEFA rəsmiləri 2016-cı ildən etibarən, Avropa çempionatlarının final mərhələlərində 24 yığma komandanın iştirakı barədə qərar qəbul edib. Bu il keçirilən sonuncu AÇ-də 16 komanda iştirak etmişdi. UEFA həlledici mərhələdə iştirak edəcək yığmaların sayını 16-dan 24-ə qaldırmaqla, indiyədək AÇ-nin və dünya çempionatının final mərhələlərinə vəsiqə qazana bilməyən Azərbaycan komandası üçün əlavə şans yaratmış olub.

Sadıqov bildirib ki, hazırda Azərbaycanın aşağı yaş qrupları üzrə yığma komandalarında çıxış edən futbolçulara xüsusi diqqət göstərmək lazımdır.

"Hazırda 17 və 19 yaşlılardan ibarət yığma komandalarımızda çıxış edən futbolçular 2016-cı ildə əsas komandanın üzvləri olacaqlar. Bu futbolçulara xüsusi diqqət göstərməliyik ki, 2016-cı ildə final mərhələsinə vəsiqə qazanmaq üçün normal bir komandamız olsun", - deyə keçmiş baş məşqçi əlavə edib.

UEFA-nın prezidenti Fransadan olan Mişel Platinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti