Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir R.Ergün/ Türkiyənin "Boluspor" klubunda çıxış edən azərbaycanlı futbolçu İlqar Qurbanovun zədə ilə bağlı problemi həll olunub. Bu barədə Türkiyə mətbuatı məlumat verib.
Azərbaycanlı futbolçu Türkiyənin birinci liqasında keçirilən "Malatyaspor" - "Boluspor" görüşündə iştirak edib. Oyunda komanda yoldaşını əvəz edən Qurbanov meydanda 30 dəqiqə olub.
Qurbanovun komandası "Malatyaspor"la görüşdə 0:2 hesabı ilə məğlub olub.
Azərbaycan yığma komandasının da üzvü olan Qurbanov "Boluspor"a bu ilin yayında "Sivasspor" klubundan transfer olunub. O, "Boluspor"a transfer olunandan sonra ağır zədə alaraq, bir neçə oyunda iştirak edə bilməyib.
Qurbanov əvvəllər Türkiyənin "Fənərbaxça", Azərbaycanın "Xəzər-Lənkəran" klublarında çıxış edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]