...

Futbol üzrə Azərbaycan yığması Bəhreynə gedib

Cəmiyyət Materials 13 Oktyabr 2008 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirmək üçün Bəhreynə gedib. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycanla Bəhreyn arasındakı yoldaşlıq oyunu oktyabrın 15-də, Bakı vaxtı ilə saat 20.15-də başlayacaq.

Almaniyalı baş məşqçi Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan komandası bu gün Bəhreyndəki "Muharaq" stadionunda məşqə çıxacaq.

Azərbaycan yığması oktyabrın 11-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya millisi ilə görüşüb və 0:1 hesabı ilə məğlub olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti