...

Azərbaycanın "Neftçi" futbol klubunun baş məşqçisi aparıcı oyunçuların kənarlaşdırılması qərarını düzgün hesab edir

Cəmiyyət Materials 30 Oktyabr 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir R.Ergün/  Azərbaycanın "Neftçi" futbol klubunun baş məşqçisi aparıcı oyunçuların kənarlaşdırılması qərarını düzgün hesab edir. "Bəzi oyunçular öz işlərinə məsuliyyətsiz yanaşır, tam gücləri ilə oynamırdırlar. Komandanın baş məşqçisi kimi, belə qərar qəbul etməliydim", - "Neftçi" klubunun Baş məşqçisi Hans Yurgen Gede cümə axşamı Bakıda bildirib.

Azərbaycanın "Neftçi" futbol klubunun bəzi aparıcı oyunçuları komandadan uzaqlaşdırılıb. Onların arasında klubun kapitanı və müdafiəçisi Rəşad Sadıqov, yarımmüdafiəçilər Georgi Adamiya, Aleksandr Çertoqanov və Levent Kartop var.

"Mən bu qərarı "İnter"lə oyundan sonra qəbul etdim. Çətin idi, lakin mən bunu etməliydim. Təəssüf ki, bəzi təcrübəli oyunçular ümidləri doğrultmayıblar", - Gede Trend şirkətinin beynəlxalq mətbuat mərkəzində jurnalistlərə bildirib. Onun sözlərinə görə, klubda ona qədər də problemlər olub. "Mən bu vəzifəyə kluba kömək etmək üçün gəlmişəm və artıq bu məsələdə kimə güvənə biləcəyimi bilirəm", - Gede bildirib.

Azərbaycanın Premyer-liqasında sonuncu uğursuz çıxışından sonra turnir cədvəlində 10-cu yeri tutan "Neftçi"də futbolçular və alman Baş məşqçi Hans Yurgen Gede arasında ciddi problem yaranıb. Klub rəhbərliyinin problemlərin həlli üçün qış fasiləsi dövründə  ya bəzi futbolçuları, ya da Baş məşqçini komandadan uzaqlaşdıracağı gözlənilir.

Futbolçuların komandadan uzaqlaşdırılmasına səbəb onların son turlarda zəif oyunu olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti