Azərbaycan, Bakı, 04 noyabr / Trend Life , müxbir Eldar Hüseynzadə /
Azərbaycan musiqiçilərindən ibarət qrup Niyazinin "Rast" simfonik muğamı ilə Tuürkiyənin İzmir şəhərinə qastrola hazırlaşır. Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimovun Trend Life-a verdiyi məlumata görə, qastrol noyabrın 25-dən 29-dək davam edəcək. Konsertdə solist kimi Mənsum İbrahimov, tarzən Elçin Həşimov, kamança ustası Elnur Əhmədov iştirak edəcək. İzmir sımfonik orkestrinə əməkdar mədəniyyət xadimi Yalçın Adıgözəlov rəhbərlik edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] .