...

Azərbaycan yığmasının iki futbolçusu Almaniyanın "Ayntraxt" klubuna gedəcək

Cəmiyyət Materials 5 Noyabr 2008 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandasının iki üzvü Almaniyanın "Ayntraxt" klubunun təlim-məşq toplanışında iştirak edəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Asossasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.

Bu ilin oktyabr ayında AFFA-nın baş katibi Elxan Məmmədovla "Ayntraxt"ın prezidenti Peter Fişer və klubun hüquqşünası Axel Hellmann arasında görüş keçirilib. Görüşdə ilin sonunadək AFFA ilə "Ayntraxt" arasında müqavilə bağlanması haqda razılıq əldə olunub.

Mətbuat xidmətinin məlumatına görə, "Ayntraxt"a Emin Mehdiyevlə Andrey Papoviç gedəcək.

Futbolçular noyabr ayının 15-20-si aralığında Almaniyaya yollanacaq və bir ay təlim-məşq toplanışında iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti