...

Dünyada ayrı-seçkilik problemlərinin aradan qaldırılması üçün hələ çox iş görülməlidir – AŞ Direktorluğunun rəhbəri

Cəmiyyət Materials 5 Noyabr 2008 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Avropa Şurası (AŞ) dünyada ayrı-seçkilik problemlərinin aradan qaldırılması üçün hələ çox iş görməlidir. Bu barədə AŞ-nin gənclər və idman işləri üzrə Direktorluğunun rəhbəri Ralf-Rene Vaynqertner bildirib.

"Dini ayrı-seçkiliyi yalnız qarşılıqlı səy və qarşılıqlı hörmət ilə həll etmək olar. Bizim səylərimizə baxmayaraq, dünyada və xüsusilə də Avropda dini ayrı-seçkilik və insan haqlarının alçaldılması davam edir. Bu problemlərin aradan qaldırılması üçün hələ çox iş görməliyik", - deyə çərşənbə günü Bakıda jurnalistlərə Vaynqertner bildirib.

O bildirib ki, islamafobiya təkcə müsəlmanların deyil, həm də bütün dünyanın problemidir.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri Veronika Kotek jurnalistlərə bildirib ki, AŞ tolerantlıq və bərabərhüquqluluğa nail olmağa çalışır. "Ayrı-seçkilik hüquqların pozulması deməkdir. Biz hamımız müxtəlif dinlərin nümayəndələriyik, lakin bu, bizləri ayırmamalıdır", - deyə Kotek bildirib.

Çərşənbə günü Bakıda "İslamafobiya və dinə əsaslanan digər ayrı-seçkilik formaları: onun gənc nəsilə təsiri və gənclərin buna öz hərəkətləri ilə cavab verməsi" mövzusunda konfrans öz işinə başlayıb. Burada 43 ölkənin 120 nümayəndəsi iştirak edir.

Konfrans Avropa Şurası, Avropa Gənclər Forumu, ISESCO, İKT-nın Gənclər Forumu və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti