...

Londonda keçirilən "World Travel Market" beynəlxalq turizm sərgisində Azərbaycan şirkətləri iştirak edib

Cəmiyyət Materials 11 Noyabr 2008 21:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr / Trend / Bu gün, noyabrın 11-də Londonda "World Travel Market" ənənəvi beynəlxalq turizm sərgisinin rəsmi açılışı olub. Bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib.

Dünyanın 200 ölkəsindən 5500-dən artıq şirkətin qatıldığı sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin turizm idarəsinin rəhbəri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Bununla yanaşı, sərgidə ölkəmizin "İmprotex Travel" və "Bakı-Tur" şirkətləri də iştirak edib.

Noyabrın 11-də sərgidə Azərbaycana həsr olunmuş ayrıca stendin açılışı olub. Tədbirdə nümayəndə heyəti ilə birgə səfir F.Qurbanov da iştirak edib.

Sərginin 13 noyabra qədər öz işini davam etdirəcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti