...

Futbol üzrə Azərbaycan Premyer-Liqası dörd dövrəli sistemlə keçiriləcək – PFL-in prezidenti

Cəmiyyət Materials 13 Noyabr 2008 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan Premyer-Liqası növbəti mövsümdən etibarən dörd dövrəli sistemlə keçiriləcək. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

"Gələn mövsümdən etibarən, klublar azı 36-40 oyun keçirəcəklər. Premyer-Liqa isə dörd dövrədən ibarət olacaq", - Musayev bildirib.

Hazırda keçirilən Azərbaycan Premyer-Liqası iki dövrədən - 26 oyundan ibarətdir.

Musayev bildirib ki, Premyer-Liqada legioner futbolçulara limitin tətbiq olunması faydalı olmayacaq.

"Limitin olmaması rəqabəti artırıb. Bu məsələ ilə bağlı qərar vermək AFFA-nın İcraiyyə Komitəsinin səlahiyyətlərinə aiddir. Amma məncə, limitdə dəyişiklik olunması nəzərdə tutulmur", - deyə PFL-in prezidenti əlavə edib.

Azərbaycan Premyer-Liqasında iştirak edən klublara oyun vaxtı istədikləri sayda legioner futbolçudan istifadə etməyə icazə verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti