Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının Albaniyaya qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılıb. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Azərbaycan - Albanya oyunu noyabrın 19 - da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20.00 - da başlanacaq.
Mətbuat xidmətinin məlumatına görə, sektorlardan aslı olaraq, biletlərin qiyməti 1, 2 və 4 manat arasında dəyişir.
Azərbaycan yığma komandasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]