Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir R.Ergün/ Türkiyənin birinci liqasında çıxış edən "Boluspor" futbol klubunun üzvü olan azərbaycanlı futbolçu İlqar Qurbanov müalicəsini başa çatdırıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə mətbuatının məlumatına görə, ötən həftə müalicə olunmaq üçün İstanbula yollanan Qurbanov bu axşam Bolu şəhərinə qayıdacaq.
Qurbaov "Sakaryaspor"la oyunda zədələndiyindən, şənbə günü "Adanaspor"la matçda meydana çıxa bilməmişdi.
Türkiyə mətbuatının məlumatında bildirilir ki, Qurbanov sabahdan komanda ilə birlikdə məşqlərə başlayacaq. Amma həftəsonu "Kayseri Erciyesspor"la oyunda meydana iştirak etməsi hələ məlum deyil.
"Boluspor" 12 oyundan sonra 17 xalla birinci liqanın turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]