...

Azərbaycanın Olimpiya çempionu müalicəsini başa çatdırıb

Cəmiyyət Materials 26 Noyabr 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir R.Ergün/ Güləş üzrə Azərbaycan yığma komandasının üzvü Fərid Mansurov bir müddət yarışlardan kənarda qalacaq.

"Bu yaxınlarda müalicə üçün Almaniyaya getmişdim. Artıq müalicəm başa çatıb. İndi bərpa prosesi keçirəm. Bu prosesin nə vaxt başa çatacağını bilmirəm. Ona görə də yaxın müddətdə hansısa yarışda iştirak etməyim mümkün deyil", - çərşənbə günü Trend -a Mansurov deyib.

Mansurov noyabr ayının əvvəlində onurğa sütunundakı zədəni müalicə etdirmək üçün Almaniya getmişdi.

Olimpiya çempionu hesab edir ki, güləş üzrə yığma komandanın yeni baş məşqçisi uğur qazana biləcək.

"Bəhram Mürvətov əvvəllər yığma komandada baş məşqçinin köməkçisi olub. Federasiya rəhbərliyinin doğru qərar verdiyini düşünürəm. İnanıram ki, Mürvətov uğur qazana biləcək", - deyə Mansurov əlavə edib.

Mansurov 2004-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən 28-ci Yay Olimpiya Oyunlarının qalibi olub. O, bu il keçirilən Pekin Olimpiadasında uğursuz çıxış edərək medalsız qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti