Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir R.Ergün/ Bakıda təşkil olunan hərbçi - bokusçular arasında 52 - ci Dünya çempionatında iki azərbaycanlı boksçu finala vəsiqə qazanıb.
Ceyhun Abıyev ( 48 kq) belaruslu İlya Xribla qalib gələrək, finala çıxıb. Rəhim Nəcəfov ( 51 kq) isə, belaruslu Anton Bekişi məğlub edib.
Bundan əvvəl Rahib Bəylərov, misirli rəqibi Bəki Əbbin Xosan yarışa çıxmaqdan imtina etdiyi üçün, finalda iştirak etmək hüququ qazanıb.
Bu gün Sinqx Paramijt (Hindistan, 48 kq) Şəhriyar İsakova (Özbəkistan), Vittorio Parrinello (İtaliya, 54 kq) İvan Kabançuka (Ukrayna), Tulaçboy Doniyarov (Özbəkistan, 54 kq) İbrahim Uçuncudan (Türkiyə), Sinqx Surancoy (Hindistan, 51) Rafokjan Sultanova (Özbəkistan) qalib gələrək, finala adlayıblar.
Dünya çempionatının final döyüşləri noyabrın 29 - da keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]